Tarixdə bu gün: 3 qat bombardirin doğum günü

Tarixdə bu gün: 3 qat bombardirin doğum günü
Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 13 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:   
 
Nicat Rəhimov 
 
Bu gün, 77 kq çəki dərəcəsində Olimpiya çempionu (2016), 77  kq çəki dərəcəsində dünya çempionu (2015), Dünya Gənclər Oyunlarının qalibi (2010) Qazaxıstanı təmsil edən Azərbaycan əsilli ağır atlet Nicat Rəhimovun doğum günüdür.
 
Tarixdə bu gün: 3 qat bombardirin doğum günü 
 
1993-cü ildə Bakıda dünyaya göz açan idmançı Nizami Paşayevin rəhbərliyi altında məşq edib. 
 
Qadınların döyüşünə icazə verilib.
 
Tarixdə bu gün: 3 qat bombardirin doğum günü 
 
2009-cu ilin bu günü İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında qadın boksunun 2012-ci ildə Londonda keçiriləcək Oyunlar proqramına daxil edilməsi qərara alınıb.
 
Alan Şirer (Alan Shearer)
 
1970-ci il 13 avqustda, Avropa çempionatının bürünc mükafatçısı (1996), İngiltərə çempionu (1995), 3 dəfə İngiltərə Premyer Liqasının bombardiri (1995, 1996, 1997), ingiltərəli futbolçu Alan Şirer dünyaya göz açıb.
 
Tarixdə bu gün: 3 qat bombardirin doğum günü 
 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər