"Tank" 45 saniyəyə nokauta saldığı rəqibə qarşı

"Tank" 45 saniyəyə nokauta saldığı rəqibə qarşı

Tanınmış azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayevin növbəti döyüşünün vaxtı bilinib.

Fanat.Az xəbər verir ki, "Tank" ləqəbli idmançı mayın 18-də "KHAN FIGHT"-ın Bursada təşkil edəcəyi turnirdə polşalı Daniel Skibinski ilə üz-üzə gələcək.

Tahir daha öncə bu rəqibi ilə qarşılaşıb. O, 2021-ci ildə "UAE Warriors" təşkil etdiyi turnirdə Skbinskini 45 saniyəyə nokauta salıb.

Xatırladaq ki, indiyədək peşəkar MMA döyüşlərində 14 qələbə qazanan Abdullayev 2 dəfə rəqiblərinə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər