Tanınmış güləşçimiz əməliyyat olunur - İslamiada və DÇ-ni buraxacaq

Tanınmış güləşçimiz əməliyyat olunur - İslamiada və DÇ-ni buraxacaq

Azərbaycanın tanınmış yunan-Roma güləşçisi İslam Abbasov əməliyyat olunacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı idmançı yığmanın son təlim-məşq toplanışında qolundan ciddi zədə alıb. İkiqat Avropa mükafatçısı yaxın günlərdə Türkiyədə əməliyyat olunacaq.

Bu səbəbdən onun adı 9-18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslam Həmrəyliyi Oyunları üçün yığmanın heyətindən çıxarılıb. Təcrübəli güləşçini məsul yarışda Məhəmməd Əhmədiyev əvəzləyəcək. Abbasovun zədə səbəbindən həmçinin 10-18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına da qatılmayacağı bildirilir. Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər