"Sürix" bizə uyğun olmayan rəqibdir" - Qurban Qurbanov

"Sürix" bizə uyğun olmayan rəqibdir" - Qurban Qurbanov

Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə cavab oyunu öncəsi Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlama verib.

Fanat.Az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis İsveçrə təmsilçisinin "Qarabağ"a uyğun rəqib olmadığını dilə gətirib: 

"Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər halda ilk matçdan sonra bu komandanı daha yaxından tanıdıq. Ağıllı oyun qurmağı planlaşdırırıq. Lazım gəlsə bəzi risklərə də getməli olacağıq. Komandanın hazırki durumu pis deyil. İrəlidə qalan iki günümüzü səmərəli keçirəcəyik".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər