"Nyukasl" üzərində qələbədən (4:1) sonra "Mançester Yunayted"in baş məşqçisi Ule Qunar Sulşer (Ole Gunnar Solskjaer) oyunda dubl edən Roanldu (Cristiano Ronaldo) haqda fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun azarkeşlərini də arxayın salıb:
"Ronaldu gözəl epizodları hiss edir və amansızdır. İnanılmaz dərəcədə dəqiqdir. Həm komandanın daxilində həm də ətrafında mənəvi yüksəlişə səbəb ola bilir. Azarkeşlər arxayın ola bilər, indi biz ayaqdayıq."
Xatırladaq ki, "qırmızı şeytanlar"ın heyətində digər qolları Cessi Linqard (Jessey Lingard) və Brunu Fernandes (Bruno Fernandes) vurub. "Nyukasl"da isə Co Uillok (Jo Willock) fərqlənib.
Emin Şəmsiyev