Stolüstü tennisçilər arasında ölkə turnirinə start verildi

Stolüstü tennisçilər arasında ölkə turnirinə start verildi

Yeniyetmə stolüstü tennisçilər arasında ölkə turnirinə start verilib.

Fanat.Az xəbər verir ki, “Şüa” İdman Kompleksində keçirilən yarışda Bakı, Sumqayıt, Şabran, Şəki, Şirvan, Salyan, Qax və Qobustan təmsilçiləri iştirak edirlər.

Budəfəki turnirdə ümumilikdə 100-ə yaxın idmançı bacarığını göstərir. 2014-cü il təvəllüdlü və daha kiçik yaşlı idmançıların qatıldığı yarış stolüstü tennisin kütləviliyini artırmaq və perspektivliləri üzə çıxarmaq məqsədi daşıyır.

Şəxsi xarakterli turnirin qalibləri dekabrın 24-də müəyyənləşəcək. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər