Şotlandiya çempionatında sonuncu - 38-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Stiven Cerrardın çalışdırdığı "Reyncers" "Aberdin"i 4:0 hesabı ilə darmadağın edib və mövsümü məğlubiyyətsiz bitirib.
Qlazqo təmsilçisi 38 matçdan 32-də qələbə qazanıb, 6-da isə heç-heçə edib.
Son dəfə Şotlandiya çempionatında mövsümün məğlubiyyətsiz başa vurulması 2016/17 mövsümündə qeydə alınıb. Həmin vaxt Brendan Rocersin çalışdırdığı "Seltik" 1 dəfə də uduzmayıb.
Qeyd edək ki, "Reyncers" cari mövsümün sonuna hələ 6 tur qalmış Şotlandiya çempionluğunu rəsmiləşdirmişdi.
Fanat.Az