Şotlandiya "tilsim"dən qurtula bilmir

Şotlandiya "tilsim"dən qurtula bilmir

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Macarıstana uduzan və A qrupundakı mübarizəni 1 xalla sonuncu pillədə başa vuran Şotlandiya millisi "qara zolaq"dan çıxa bilmir.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv indiyədək iştirak etdiyi Avropa və dünya çempionatlarının heç birində pley-offa yüksəlməyi bacarmayıb.

Bu, Britaniya təmsilçisinin 12-ci uğursuz cəhdi kimi tarixə düşüb. Şotlandiya seçməsi indiyədək 4 Avropa və 8 dünya birinciliyində iştirak edib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər