Ötən gün UEFA Konfrans Liqasının 4-cü turunda "Tottenhem" "Vites"i 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matç "Tottenhem"in cənubi koreyalı futbolçusu Son Xın Min üçün əlamətdar olub.
İngilislərin yeni baş məşqçisi Antonio Kontenin debüt oyununda ilk qol sevincini ona məhz Son yaşadıb.
Maraqlıdır ki, artıq məşqçilərin debüt oyunlarında ilk qolu vurmaq Son Xın Mində ənənə halına gəlib.
Belə ki, o, Joze Mourinyu (Jose Mourinho) və Nunu Eşpiritu-Santunun da (Nuno Espiritu-Santo) debüt oyununda ilk qolların müəllifi olub.
Qeyd edək ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi 2015-ci ildən "Tottenhem"də çıxış edir. 206 görüşdə meydana çıxan futbolçu 74 qola imza atıb.
Emin Şəmsiyev