Sneyderin yeni klubu rəsmən açıqlandı

Sneyderin yeni klubu rəsmən açıqlandı
Hollandiya millisinin üzvü Uesli Sneyder "Nitsa"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını Qətərin "Əl-Qarafa" komandasında davam etdirəcək. Xəbəri klubun rəsmi saytı yayıb.
"Əl-Qarafa" klubuna Bülent Uyğun rəhbərlik edir. Türkiyəli mütəxəssis bu yaxınlarda komandaya baş məşqçi təyin olunub.
Qeyd edək ki, Sneyder karyerası ərzində "Ayaks", "Real", "İnter", "Qalatasaray" və "Nitsa"da çıxış edib, Hollandiya yığmasında 133 oyun keçirərək və 31 qol vurub. O, klub karyerası ərzində 19 kubok qazanıb, "DÇ-2014"ün bürünc medalına sahib çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər