"Sinquefield Cup": Məmmədyarov "sülh"lə başladı

"Sinquefield Cup": Məmmədyarov "sülh"lə başladı

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" turniri start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda Uesli So (ABŞ) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeysterimiz matçın 65-ci gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.

Açılış turunun daha üç görüşü də "sülh"lə yekunlaşıb. Yalnız hazırkı dünya çempionu Maqnus Karlsen sonuncu İddiaçılar Turnirinin qalibi Yan Nepomnyaşini məğlub edib.

Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.

Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.

"Sinquefield Cup" I tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So (ABŞ) 0,5:0,5 Leynyer Dominqes (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5 Alireza Firuzca (Fransa) - Fabiano Karuana (ABŞ) 0,5:0,5 Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (FIDE) 1:0 Hans Niman (ABŞ) - Levon Aronyan (ABŞ) 0,5:0,5

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər