"Söhbət millinin ən yaxşı oyunçularından birindən gedir" - Defo

"Söhbət millinin ən yaxşı oyunçularından birindən gedir" - Defo

İngiltərə millisinin sabiq futbolçusu Cermeyn Defo “Çelsi”nin cinah oyunçusu Rahim Sterlinqin milliyə çağırılmamasına reaksiya bildirib.

Fanat.Az xəbər verir ki, veteran futbolçu "Daily Mail"-ə açıqlamasında buna təəccübləndiyini bildirib. 

“Hətta əvvəl də onu çağırmayanda bu qəribə görünürdü. Amma indi söhbət son bir neçə ildə millinin ən yaxşı oyunçularından birindən gedir. Hazırkı formasını nəzərə alsaq, o, təkcə heyətdə yox, həm də start "11-lik"də yer almalıdır. O, bu komandada oynamağa layiqdir”. 

Qeyd edək ki,Sterlinq 2022-ci il dünya çempionatından sonra İngiltərə millisində oynamayıb. 28 yaşlı cinah yarımmüdafiəçisi bu mövsüm bütün turnirlərdə 14 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər