Serxio Aquero karyerasını başa vurdu

Serxio Aquero karyerasını başa vurdu

Argentina millisinin və "Barselona"nın əfsanəvi hücumçusu Serxio Aquero karyerasını başa vurub. 

Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 

 

Qeyd edək ki, 33 yaşlı futbolçu İspaniya La Liqasının 12-ci turunun “Alaves”lə oyununda (1:1) taxikardiya səbəbi ilə əvəzlənib. Futbolçunun ürəyində qüsur olduğuna üçün futbol oynamaq qadağan olunub.

Xatırladaq ki, argentinalı forvard bu ilin iyulunda "Mançester Siti"dən azad agent qismində "Barselona"ya transfer olunub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər