Sarri Jorjinyodan əl çəkmir

Sarri Jorjinyodan əl çəkmir
"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az jurnalit Alfredo Pedulyanın saytına istinadən xəbər verir ki, "Yuventus"un baş məşqçisi Mauritsio Sarri Jorjinyonu yenidən sərəncamında görmək istəyir. İtaliyalı çalışdırıcı rəhbərlikdən növbəti "transfer pəncərəsi"ndə keçidi rəsmiləşdirmələrini xahiş edib.
28 yaşlı futbolçu daha əvvəl "Napoli" və "Çelsi"də Sarrinin rəhbərliyi altında oynayıb. Onun transfei 52 milyon avro dəyərində qiymətləndirilir.
Cari mövsümdə 37 matçda meydana çıxan Jorjinyonun aktivində 7 qol, 2 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər