Salihamiciçin açıqlaması Levandovskini özündən çıxardı

Salihamiciçin açıqlaması Levandovskini özündən çıxardı

"Bayern Münhen"in hücumçusu Robert Levandovski onun mövsümün sonunda satılmayacağını deyən idman direktorunun - Hasan Salihamiciçin açıqlamasından narazı qalıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Bild" yayıb.

Mənbə polşalı ulduzun "Bayern"lə vidalaşmaq istədiyini və Münhen təmsilçisinin idman direktorunun söylədiklərinə görə özündən çıxdığını vurğulayıb. Levandovskinin Almaniya nəhənginin indiki oyun modelini də bəyənmədiyi qabardılıb.

Daha öncə "Barselona"nın sözügedən hücumçuya görə qarşı tərəfə 40 milyon avro ödəməyə hazır olduğu barədə informasiyalar yayılmışdı.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər