Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlandı

Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlandı

Bu il keçiriləcək Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

Fanat.Az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, yarış Hindistanda təşkil olunacaq.

Çennayda gerçəkləşəcək Olimpiadanın dəqiq tarixi açıqlanmayıb. Yarışın iyulun sonu - sentyabrın əvvəlində olacağı bildirilib.

Qeyd edək ki, 2022-ci ildəki Şahmat Olimpiadası Rusiyada keçirilməli idi. Lakin Ukraynaya hərbi müdaxilə səbəbindən yarışa ev sahibliyi hüququ bu ölkədən alınıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər