Şahmat Olimpiadası: Kişilər Hindistan, qadınlar Monqolustanla üz-üzə

Şahmat Olimpiadası: Kişilər Hindistan, qadınlar Monqolustanla üz-üzə

Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət yığma IX turda Hindistanın ikinci komandası ilə qarşılaşacaq.

Qadın millimiz isə Monqolustanla münasibətləri aydınlaşdıracaq.

Ümumdünya Şahmat Olimpiadası

Kişilər

IX tur

Hindistan (2) - Azərbaycan 

Qadınlar

IX tur

Azərbaycan - Monqolustan

Qeyd edək ki, səkkiz turdan sonra kişilərdən ibarət yığmamız  13 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qadın seçməmiz isə 12 xalla 8-ci sırada yer alıb. Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər