"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

"Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik" - Edin Terziç

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç komandasının evdə məğlub etdiyi PSJ-ni (1:0) Parisdə eyni hesabla üstələyərək Çempionlar Liqasının finalına yüksəlməsindən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Ötən mövsüm Almaniya çempionluğunu son turda öz meydanımızda uduzaraq əldən verdik. Şadam ki, indi azarkeşlərimizə olan borcumuzu qaytara bilərik. Biz oyundan-oyuna böyüdük və yekunda hamını təəccübləndirə biləcək komandaya çevrilə biləcəyimizi anladıq. Finala yüksəldiyimiz üçün çox şadam". 

Qeyd edək ki, Fransa nəhəngini mübarizədən kənarlaşdıran "arılar" finalda "Real Madrid" - "Bayern Münhen" cütünün qalibi ilə qarşılaşacaqlar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər