"Sağ olsun uşaqlar, bunu bacardılar" - Kənan Kərimov

"Sağ olsun uşaqlar, bunu bacardılar" - Kənan Kərimov

Birinci Liqanın 15-ci turunda "Karvan" evdə "Araz Saatlı" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.

Kərimovun Fanat.Az-a açıqlaması belə oldu :

"Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Biz üst yerlərdə qərarlaşmaq üçün bu matça yaxşı köklənmişdik. Rəqib isə son pillədən canını qurtamaq üçün xal və xallar qazanmaq istəyirdi. Bizim meydanın ot örtüyünün komandamızın oynuna böyük təsiri var. Hesabdan da məlumdur ki, oyun necə gərgin keçib. Əsas qələbə idi ki, sağ olsun uşaqlar, bunu bacardılar".

Nahid Məmmədov 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər