Rusu qovan rus əvəzinə yenə rus gətirir

Rusu qovan rus əvəzinə yenə rus gətirir

Rusiyalı iş adamı Oleq Petrov "Monako”dan qovulan vitse-prezidentin - Vadim Vasilyevin yerini tutacaq.

 

Fanat.Az-ın məlumatına görə, bu barədə "L'Equipe” informasiya yayıb.

Mənbə daha öncə futbol təsərrüfatında çalışmayan biznesmenin knyazlıq klubunun rus sahibi Dmitri Rıbolovlevin yaxın dostu olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Vasilyev transferlərdən faiz götürdüyünə və komanda bu mövsüm çox zəif nəticə göstərdiyinə (24 tura 18 xal toplayan "Monako” Liqa 1-də 18-ci pillədədi) görə istefaya göndərilib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər