Ruslan Qurbanov dubl, komandası darmadağın etdi

Ruslan Qurbanov dubl, komandası darmadağın etdi

Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun komandası “Slaviya - Mozır" da növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə “Minsk”i darmadağın edib -  6:0.   Start "11-lik"də meydana çıxan Ruslan sonadək oynayıb. Mozırlıların qollarından ikisini Qurbanov vurub. O, 31-ci dəqiqədə komandasının ikinci, 83-cü dəqiqədə isə beşinci qoluna imza atıb.   “Slaviya” hazırda 27 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər