Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Anton Mirançuk karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Metaratings" yayıb.
Xəbərə görə, Mirançukun xidmətində "Nant" maraqlıdır. Mənbə sözügedən oyunçunun təmsilçilərinin artıq Fransa klubunun nümayəndələri ilə görüşdüyünü və transferin cari mövsümün sonunda reallaşa biləcəyini vurğulayıb.
2017-ci ildən "Lokomotiv"in əsas komandasında çıxış edən Antonun paytaxt klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq. Bu isə o deməkdir ki, tərəflər razılığa gəlsələr, rus oyunçu "Nant"a azad agent qismində qoşulacaq.