Rus hücumçu Fransa nəhəngində? - Malfitano açıqladı

Rus hücumçu Fransa nəhəngində? - Malfitano açıqladı

"Olimpik Marsel"in skaut xidmətinin rəhbəri Roberto Malfitano Moskva "Dinamo"sunun hücumçusu Konstantin Tyukavini transfer edəcəkləri ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, TASS onun sözlərini belə çatdırıb:

"Tyukavin bizim xoşumuza gəlir, çünki çox yaxşı futbolçudur. Amma Konstantinin transferi bizim üçün real variant deyil. Hər şeydən öncə ona görə ki, hazırda Avropa Birliyini təmsil etməyən ölkələrdən olan oyunçular üçün yerimiz yoxdur".

Qeyd edək ki, 21 yaşlı Tyukavin ötən mövsüm "Dinamo" forması ilə 30 matça çıxaraq 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" rusiyalı forvardın transfer qiymətini 16 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər