"Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba ardıcıl iki oyunda dublla yadda qalıb.
Fanat.Az xəbər verir ki, XIX turda "Haddersfild”in (3:1) qapısına 2 dəfə yol tapan fransalıXX turda "Bornmut”un (4:1) qolkiperini üzüntülərə qərq edib.
Poqbanın karyerasında bu bir ilkdi. O, son 6 ildə ilk futbolçudu ki, MY-nin ardıcıl 2 oyununda 1-dən artıq qol vurur. Sonuncu belə hadisə 2012-ci ildə yaşanmışdı. Həmin vaxt Ueyn Runi qoleadorluq bacarığını ortaya qoymuşdu.
Fanat.Az