Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

Rüfət Quliyevi əvəzləyəcək şəxs bilindi  

Birinci Liqanın 23-cü turunda "Araz Saatlı"nın evdə "Karvan"a 2:4 hesabı ilə məğlubiyyəti baş məşqçi Rüfət Quliyevin komandadan ayrılması ilə nəticələnib. Son turda isə komandanı meydana idman direktoru Şəhriyar Məmmədov çıxarıb. Bölgə təmsilçisinin yeni baş məşqçisinin kimin olacağı ilə bağlı suala cavab tapmaq üçün klubun mətbuat xidməti ilə əlaqə saxlayıb fikirlərini öyrəndik.

Klubun mətbuat sözçüsü Kamal Rza Fanat.Az-a bunları dedi: 

"Şəhriyar müəllim həm idman direktorudur, həm də fiziki hazırlıq üzrə məşqçi. Hələ ki, mövsümün sonuna qədər komandanı ona tapşırmışıq. Mövsüm bitsin, təyinatla bağlı qərar verəcəyik".

Qeyd edək ki, sona 3 tur qalmış mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Araz Saatlı" sabah MOİK-lə üz-üzə gələcək.  

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər