Rüfət Dadaşov 90 dəqiqə oynadı, "fərqləndi"

Rüfət Dadaşov 90 dəqiqə oynadı, "fərqləndi"
Almaniyanın III Bundesliqasında XIX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” "Veen"in qonağı olub. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət Dadaşov start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb. Millimizin hücumçusu 87-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Proyssen” 38 xalla 12-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər