Rud Van Nistelroy Kapellonun dediklərini yalanladı

Rud Van Nistelroy Kapellonun dediklərini yalanladı

"Real Madrid"in sabiq hücumçusu Rud van Nistelroy italiyalı mütəxəssis Fabio Kapellonun əvvəllər "Kral klubu"nun paltardəyişmə otağından alkoqol qoxusu gəldiyini söyləməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "ITASportPress" niderlandlı veteranın dediklərini belə çatdırıb:

"Kapellonun bəzi ifadələrini təkzib etmək istəyirəm. Xüsusi şəkildə vurğulamaq istəyirəm ki, ona heç vaxt “Real Madrid”in paltardəyişmə otağından spirt iyi gəldiyini deməmişəm. "Real" çox peşəkar komanda idi".

Qeyd edək ki, hazırda 24 xalı olan "Real" La Liqanın turnir cədvəlinə başçılıq edir. Madrid təmsilçisi növbəti oyununu oktyabrın 21-də "Sevilya"ya qarşı keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər