Rossi karyerasını bərpa etdi

Rossi karyerasını bərpa etdi

İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi yenidən karyerasını bərpa edib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu ötən mövsüm başa çatan kimi yollarını ayırdığı SPAL-a qayıdıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasındakı müqavilə bu mövsümün 30 iyununa kimi nəzərdə tutulub.

Rossi 2021-ci ilin noyabrından 2022-ci ilin yayına kimi SPAL-da oynayıb və bu komandada 14 oyuna 3 qol vurub. O, “Mançester Yunayted”, “Nyukasl”, “Parma”, “Vilyarreal”, “Fiorentina”, “Levante”, “Selta”, “Cenoa”, “Real Solt Leyk” kimi klublarda da forma geyinib. Hücumçu İtaliya yığmasında 30 oyuna çıxıb, 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər