Ronaldunun uğurlu seriyası başa çatdı

Ronaldunun uğurlu seriyası başa çatdı

Portuqaliya millisinin superulduzu Kriştianu Ronaldu karyerasında ilk dəfə böyük turnirlərin (dünya və Avropa çempionatları) qrup mərhələsində qol vurmağı bacarmayıb.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu Almaniyada keçirilən Avropa çempionatında çıxdığı 3 qrup matçının heç birində fərqlənə bilməyib.

Beləliklə, Ronaldunun ardıcıl 10 böyük turnirin qrup mərhələsində qeydə alınan qol seriyası başa çatıb.

Xatırladaq ki, F qrupundakı mübarizəni 6 xalla bitirən Portuqaliya 1/8 finala lider qismində yüksəlib. Kriştianunun komandası qrupdakı ilk matçında Çexiyanı 2:1, ardından Türkiyəni 3:0 hesabı ilə məğlub edib. Sözügedən kollektiv son qarşılaşmasında Gürcüstana uduzub - 0:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər