Ronaldunun sevgilisi: “Onunla məşq etməkdən utanırdım”

Ronaldunun sevgilisi: “Onunla məşq etməkdən utanırdım”
"Yuventus"un ulduzu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges maraqlı etiraflar edib.
Fanat.Az xəbər verir ki, model karantində portuqaliyalı hücumçu ilə məşq edərkən diskomfort hiss etdiyini bildirib:
"Əvvəlcə Kriştianu ilə məşq etməkdən utanırdım. Təsəvvür edin ki, onun yanında məşq etməli olursan. Ronaldu oyunlarda olduğundan, evdə həmişə tək məşq etmişəm. Lakin bir müddət sonra bu hiss keçdi. İndi onunla məşq etməkdən zövq alıram. O, mənə motivasiya verdi, özümə güvənimi artırdı".
Məşhur model əlavə edib ki, Ronaldu peşəkar idmançıdı və bu səbəbdən, onların fiziki bacarıqlarını, məşq səviyyəsini müqayisə etmək doğru deyil.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər