Ronaldu evləncəyi tarixi açıqladı

Ronaldu evləncəyi tarixi açıqladı

Kriştianu Ronaldu və nişanlısı, model Corcina Rodrigez gələn həftəsonu Madeyrada toy edəcəklər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" qəzeti yayıb.

Məlumata görə, Ronaldu və Corcina Funşal Katedralında evlənəcəklər, daha sonra isə beşulduzlu oteldə toy mərasimi keçiriləcək.

Funşal Ronaldunun doğulduğu şəhərdir. Kriştianu Rodrigezə 2025-ci ildə evlilik təklifi edib. Portuqaliyalı hücumçu və argentinalı model 2016-cı ildən bəri münasibətdədirlər.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər