Ronaldunun formada qalmasının sirri açıldı: Buz terapiyası - VİDEO

Ronaldunun formada qalmasının sirri açıldı: Buz terapiyası - VİDEO

"Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldunun 36 yaşında əla formada qalmasının sirri açıqlanıb.

Fanat.Az Sun-a istinadən xəbər verir ki, portuqaliyalı evindəki 60 min avro dəyərində olan fərdi kriyoterapi palatası sayəsində yüksək fiziki formasını saxlayır. 

Kriyoterapi toxumaların bərpasına və sağalmasına kömək edən, -200 dərəcə selsiyə çata bilən bir kameradır. Bu stenddə idmançılar maksimum beş dəqiqə vaxt keçirə bilərlər, əks halda ciddi sağlamlıq problemləri ilə üzləşirlər.

Bununla belə, sosial şəbəkədə yerləşdirdiyi videoda Kriştianunun buz terapiyasından həzz aldığı görünür...

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər