Ronaldunu sevindirən mükafat - FOTO

Ronaldunu sevindirən mükafat - FOTO

Dekabr ayının 27-də Portuqaliya millisinin və "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində bütün zamanların ən yaxşı bombardiri mükafatına layıq görülüb. 

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "İnstagram" səhifəsində paylaşım edib:

“Heyrətamiz memarlığı və mehriban insanları ilə gözəl Dubay. Qlobal əhəmiyyətli, zərif və mötəbər tədbirdə tanındığım üçün fəxr edirəm.

"Dubai Globe Soccer Gala" artıq dünyanın ən mühüm idman tədbirlərindən birinə çevrilib. Bütün zamanların bombardiri kimi mənalı bir mükafat almaq bir başqa sevincdir. Təşəkkürlər, Dubay! Tezliklə görüşmək ümidi ilə!"

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər