Ronaldu vulkan püskürməsindən zərər çəkənlərə belə yardım etdi

Ronaldu vulkan püskürməsindən zərər çəkənlərə belə yardım etdi

Kriştianu Ronaldu Palma adasındakı Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində maddi və mənəvi problemlərlə üz-üzə qalan şəxslərə yardım etmək qərarına gəlib.

Fanat.Az "La Provincia"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu futbolkasını auksiona çıxarıb.

Superulduzun forması dekabrın 24-də satılacaq və əldə edilən gəlir zərərçəkənlərə xərclənəcək.

Qeyd edək ki, dekabrın 19-dan püskürməyə başlayan vulkan hələ də sönməyib. Artıq adadakı 1000 tikili sıradan çıxıb, 6000 şəxs təxliyyə edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər