Ronaldu nalayiq hərəkətinə görə belə cəzalandırıldı

Ronaldu nalayiq hərəkətinə görə belə cəzalandırıldı

"Əl-Nəsr"ın hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanın Pro Liqasında "Əl-Şabab" üzərində qələbədən (3:2) sonra azarkeşlərə nalayiq jest etdiyi üçün cəzalanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "BBC Sport" yayıb.

Xəbərə görə, sözügedən ölkənin futbol federasiyası portuqaliyalı superulduz haqda 30 min Səudiyyə rialı (7,383 avro ) cərimə və bir oyunluq diskvalifikasiya qərarı qəbul edib. 

Ronaldu cari mövsüm "Əl-Nəsr"in heyətində 22 liqa oyununda 20 qol vurub.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər