Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu bu yay "Yuventus"dan ayrılmağı planlaşdırır.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, hücumçunun xidmətində bir çox Avropa klubu maraqlı olsa da, Ronaldunun istədiyi məbləğ onları qane etmir.
Hazırda Kriştianu İtaliya klubundan ilinə 30 milyon avro qazanır. Nəşrin yazdığına görə, Ronaldu ancaq istədiyi rəqəmi endirəcəyi halda klubunu dəyişə biləcəyini yazır.
Qeyd edək ki, Ronaldu 2018-ci ildə "Yuventus"a keçib. Bir müddət öncə onun sabiq klubları "Mançester Yunayted", ya da "Real Madrid"ə qayıdacağı yazılırdı.
Röya