Ronaldu: "Həmin an ağlayırdım"

Ronaldu: "Həmin an ağlayırdım"
"Yuventus"un və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) karyerasının ən çətin anı - "Sportinq"ə keçidi və Lissabona köçdüyü günü ilə bağlı xatirələrini bölüşüb.
Fanat.Az xəbər verirki, "Besoccer" 36 yaşlı futbolçunun dediklərini belə çatdırıb: "Ailəm mənimlə vidalaşırdı. Günəş eynəyi taxmışdılar, amma görürdüm ki, üzlərindən axan göz yaşları var. Beynimdə bu xatirələrlə təyyarəyə mindim. Bu, mənim karyeramda ən çətin an idi. Həmin an ağlayırdım"
Ronaldu "Yuventusda" 2018-ci ildən oynayır. Portuqaliyalı forvard ötən mövsüm 29 qol vuraraq İtaliya çempionatının bombardiri olub. Superulduzun İtaliya klubu ilə olan müqaviləsinin müddəti 2022-ci ilin 30 iyun tarixinə qədərdir. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər