"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu (Cristiano Ronaldo) məşhur olmağın şəxsi həyata təsirlərindən gileylənib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu "The Telegraph" nəşrinə açıqlamasında ulduz olmaqdan əziyyət çəkdiyini etiraf edib:
"Ulduz olmaq yaxşıdır, ya pis? Hazırda mənim üçün bu, çox darıxdırıcıdır. Əvvəlcə maraqlı gəlir. Səni televiziyada göstərirlər, radioda sənin haqqında danışırlar, bannerlərdə sənin böyüdülmüş fotoların olur, insanlar ancaq səndən danışır. İllər sonra isə hər şeyə fərqli baxmağa başladım. İnsanlar daha çox şəxsi həyatıma maraq göstərir və bu da mənə mənfi təsir edir. Mənim sevgilim və uşaqlarım var, amma şəxsi həyatım yoxdur. İllər öncə bu, mənim üçün bitib. Pul, maşın, ev hər şey deyil. Ronaldu olmaq çətindir. Bu dərəcədə məşhur olmaq elə də əyləncəli deyil."
Xatırladaq ki, Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın heyətində sentyabrın 11-i "Nyukasl"a qarşı oyunda meydana çıxacaq.
Emin Şəmsiyev