Ronaldu əfsanəvi mütəxəssislə niyə görüşüb?

Ronaldu əfsanəvi mütəxəssislə niyə görüşüb?

"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı məsləhətləşmək üçün əfsanəvi Aleks Ferqyusonla bir neçə dəfə görüşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror" yayıb.

Mənbə MY-nin sabiq çalışdırıcısının portuqaliyalı superulduzla bir yerdə çox vaxt keçirdiyini və onların əsasən 37 yaşlı hücumçunun kareyrası ilə bağlı söhbətləşdiklərini açıqlayıb.

Daha öncə Ronaldunun Çempionlar Liqasında oynaya bilmək üçün "Mançester Yunayted"dən ayrılmağı planlaşdırdığı barədə xəbərlər yayılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər