Ronaldu azarkeşləri "Draqau"nu cəhənnəmə çevirməyə səslədi

Ronaldu azarkeşləri "Draqau"nu cəhənnəmə çevirməyə səslədi

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2022-nin pley-off mərhələsinin final oyunundan - Şimali Makedoniya ilə matçdan danışıb.

Fanat.Az xəbər verir ki, "Goal" onun söylədiklərini belə çatdırıb:

"Azarkeşləri "Draqau" stadionunu cəhənnəmə çevirməyə səsləyirəm. Dünən yatmağa hazırlaşarkən yalnız bu barədə düşünmüşəm. İstəyərdim ki, stadionda ölkəmizin himninin musiqisini səsləndirsinlər və tərəfdarlar oyun boyu portuqaliyalıları vəcdə gətirən himnin sözlərini oxusunlar. 

Bu oyun bizim üçün ölüm-qalım matçı anlamındadır. Qələbə naminə yumruq kimi birləşməliyik. Hər birimiz Şimali Makedoniya ilə görüşdə qazanmaq istədiyimiz qələbə üçün məsuliyyət daşıyırıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər