Vozinyanın yeni klubu rəsmən bəlli oldu

Vozinyanın yeni klubu rəsmən bəlli oldu

Kabo-Verde yığmasının təcrübəli qapıçısı Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə anlaşıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı qapıçı ilə müddəti daha 1 il uzadılması şərti ilə 6 aylıq sözləşmə imzalanıb.

O, avqustun 16-da "Ohiggins"ə qarşı matçda debüt edə bilər.

Vozinya Şimali Amerikada keçirilən DÇ-2026-da göstərdiyi oyunla ölkəsinin pley-offa yüksəlməsinə böyük kömək göstərib.

Qeyd edək ki, qolkiperin son klubu Portuqaliyanın "Çaves" komandası olub. O, karyerası ərzində Anqola, Kipr, Moldova və Slovakiya çempionatlarında da özünü göstərib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər