"Ronaldonun varisi" nəhəng klubların "radar"ına düşdü

"Ronaldonun varisi" nəhəng klubların "radar"ına düşdü

"Atletico Paranaense"nin yeni parlayan ulduzu, "Ronaldonun varisi" kimi tanınmağa başlayan Vitor Roke "Real Madrid" və "Barselona"nın diqqətini çəkib.

Fanat.Az xəbər verir ki, Braziliyanın ən böyük istedadlarından biri sayılan 17 yaşlı hücumçu ötən ilin aprelində “Kruzeyro”dan “Atletiko”ya transfer olunub. 

O, Kuritiba komandasında meydanda olduğu 1935 dəqiqə ərzində 13 qol vuraraq əla performans göstərməkdədir. Gənc istedadın bazar dəyəri artıq 7 milyon avroya yüksəlib. 

"Atletiko"nun baş məşqçisi Felipe Skolari Braziliya mətbuatına Roke haqqında belə deyib: “Vitor Roke rəqib müdafiəçilərinin çox çətin zərərsizləşdirə bildiyi bir hücumçudur. O, topu yaxşı qoruyur, cəlddir və dar əhatədən çıxmağı məharətlə bacarır. Zamanla repertuarına daha çox şeylər əlavə edəcək. Rokeni qarşıda böyük gələcək gözləyir”.

Roke artıq Braziliyanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb və onun yaxın günlərdə debüt edəcəyi gözlənilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər