Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun oğlu Joao Mendes "Kruzeyro"ya keçib. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tibbi müayinədən uğurla keçən 14 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. O, hələlik "Kruzeyro"nun U-14 komandasında çıxış edəcək. Qeyd edək ki, Ronaldinyo özü Braziliyada "Qremio", "Flamenqo", "Atletiko Mineyro" və "Fluminense"nin formasını geyinib. Avropada isə PSJ, "Barselona" və "Milan"da oynayıb.
Fanat.Az