Renat finalda oynadı, yenilgiyə üzüldü

Renat finalda oynadı, yenilgiyə üzüldü

Futbol üzrə Portuqaliya Kubokunun qalibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, həlledici oyunda “Portu” ilə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası - “Tondela” üz-üzə gəlib.

3:1 hesablı qələbə qazanan “Portu” tarixində 18-ci dəfə Portuqaliya Kubokuna sahib çıxıb.

Renat matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 56-cı dəqiqədə meydana buraxılıb və görüş bitənədək mübarizə aparıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər