Renat Dadaşovun yeni klubu açıqlandı

Renat Dadaşovun yeni klubu açıqlandı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni mövsümə Türkiyədə başlamağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabı üzərindən yayıb.

Mənbə 1-ci Liqada çıxış edən "Ankaragücü"nün Dadaşovun klubu ilə razılığa gəldiyini və  keçidin reallaşmaq üzrə olduğunu açıqlayıb. 

Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan 25 yaşlı Renat ötən mövsüm icarə əsasında "Hatayspor"da çıxış edib. Onun İsveçrə təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər