Rəhim Sadıxov millidəki debütü haqda: "Qürur duyuram"

Rəhim Sadıxov millidəki debütü haqda: "Qürur duyuram"
UEFA Millətlər Liqasının II turunda səfərdə Kiprlə keçirilən görüşdə (1:0) debüt edən Azərbaycan yığmasının futbolçusu Rəhim Sadıxov oyun haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, inamlı oyunu ilə fərqlənən "Sumqayıt"ın yarımmüdafiəçisi şəxsi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib. O, millimizin formasını geyindiyi üçün qürur duyduğunu yazıb: 
"Bütün azarkeşlərə, bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!"
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər