Rəcəbov Nepomnyaşiyə rəqib oldu

Rəcəbov Nepomnyaşiyə rəqib oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Global Championship" onlayn turnirində 1/8 finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ikinci mərhələsində hindistanlı Arcun Eriqaysiylə üz-üzə gəlib.

Tərəflər ümumilikdə beş oyun keçiriblər. Birinci və üçüncü görüşlər "sülh"lə yekunlaşıb. İkinci qarşılaşmada Teymur, dördüncü oyunda rəqib qalib gəlib. Beşinci görüşdə yenidən üstün olan təmsilçimiz adını növbəti mərhələyə yazdırıb.

Rəcəbov 1/8 finalda sonuncu İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər