Raul Qonsales Almaniya klubunun "sükanı arxası"na keçə bilər

Raul Qonsales Almaniya klubunun "sükanı arxası"na keçə bilər

İspaniya millisinin və "Real Madrid"in sabiq hücumçusu Raul Qonsales Almaniya təmsilçisinin baş məşqçisi ola bilər. 

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.

Xəbərə görə, hazırda "Kral klubu"nun ikinci komandasını çalışdıran 47 yaşlı mütəxəssis İspaniyadan ayrılmağı düşünür. Mənbə Raulun "Şalke"nin "sükanı arxasına" keçməyə yaxın olduğunu vurğulayıb.

Helzenkirhen klubu üç gün əvvəl baş məşqçisi Karel Geraertsi istefaya göndərib. 

Raul futbolçu kimi “Şalke”də çıxış edib və 2011-ci ildə Almaniya Kubokunu və ölkə Superkubokunu qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər