Rauf Əliyev het-trik etdi, lider dəyişdi

Rauf Əliyev het-trik etdi, lider dəyişdi

Futbol üzrə I Divizionda XI tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günü lider dəyişikliyi ilə yadda qalıb.

"Zirə"nin əvəzedicilərini sınağa çəkən "Neftçi-2" böyükhesablı qələbə sayəsində liderliyə yiyələnib. "Ağ-qaralar" son üç turda xal itkisi ilə üzləşən "Araz-Naxçıvan"ı "taxtdan salıb".  "Zaqatala" evdə "Sumqayıt-2", aşkar autsayder "İmişli" isə "Şamaxı-2" üzərində qələbə qazanıb. "Qarabağ"la "Kəpəz"in əvəzedicilərinin duelində isə beş qol qeydə alınıb. Hesabı ağdamlılar açsa da, "Kəpəz-2" əzmkar qələbə qazanıb. Qərb təmsilçisinin heyətində Rauf Əliyev 2-si penaltidən olmaqla, 3 qol vuraraq het-trik edib və qollarının sayını 8-ə çatdırıb. 

Qeyd edək ki, turun digər oyunları dünən keçirilib. 

I Divizion XI tur 9 noyabr 

“Neftçi-2” – “Zirə-2” 3:0 Qollar: Elşad Tağıyev, 8, Ramin Nəsirli. 42, Vüsal Əsgərov, 53 Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Mahmud Bağırzadə Hakim-inspektor: Ramil Diniyev Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 14:00 

“Zaqatala” – “Sumqayıt-2” 3:1 Qollar: Roini İsmayılov, 16, Cəlal Cəbrayılov, 59, İbrahim Qədirzadə, 83 - Vüsal Alızadə, 43 Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə Hakim-inspektor: Ömər Paşayev Zaqatala OİK stadionu, 14:00 (canlı/pfl.az)

“Qarabağ-2” – “Kəpəz-2” 1:4 Qollar: Emil Abbasov, 49 - Rauf Əliyev, 62-pen, 72-pen, 80, Əli Səmədov, 90 Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, İslam Məmmədov Hakim-inspektor: Anar Salmanov Binə qəsəbə stadionu, 14:00 

“İmişli-2” – “Şamaxı-2” 1:0 Qol: Elnur Səmədov, 38-pen. Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Vüqar Bayramov, Tural İbrahimov Hakim-inspektor: Orxan Məmmədov Saatlı OİK stadionu, 14:00 (canlı/pfl.az) Rauf Əliyev het-trik etdi, lider dəyişdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər