Rauf Cabbarova təyinat gəldi

Rauf Cabbarova təyinat gəldi
FİFA referisi Rauf Cabbarov UEFA Konfrans Liqasına təyinat alıb.
Fanat.Az Albaniya mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı referi ikinci təsnifat mərhələsinin "Teuta” (Albaniya) – "İnter Eskaldes” (Andorra) oyununun baş hakimi olacaq. Ona həmyerlilərimiz Namiq Hüseynov və Cavanşir Yusifov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, Albaniyanın "Niko Dovana” stadionunda keçiriləcək oyun iyulun 22-də saat 21.00-da baş tutacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər